Bank Of Baku

Kazbek Tuayev: “Məni Məşqçilər Şurasının iclasına dəvət etməyiblər”

Kazbek Tuayev:  “Məni Məşqçilər Şurasının iclasına dəvət etməyiblər”
# 28 fevral 2007 13:46 (UTC +04:00)
Bu gün AFFA-nın mənzil-qərargahında keçirilən Məşqçilər Şurasının iclasında dəvətli məşqçilərdən yarısı iştirak etməyib. Bu haqda “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadovun sözlərinə görə, AFFA-nın baş katibi Fuad Əsədov, Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov və milli komandamızın baş məşqçisi Şahin Diniyevin qatıldığı toplantıda özü ilə yanaşı, “Olimpik” və “Karvan” klublarının baş məşqçiləri Əsgər Abdullayevlə Yunis Hüseynov, eləcə də, “Gənclərbirliyi”nin vitse-prezidenti Vaqif Sadıxov iştirak ediblər. A. Mircavadov yığıncaqda ümumi məsələlər və gələcək planlara dair fikir mübadiləsinin aparıldığını bildirib: “Mən də milliyə legionerlərin cəlb olunmasına qarşı çıxdım”. Toplantıda martın 7-də Qazaxıstanda start götürəcək “Alma-TV kuboku” turnirindən sonra Məşqçilər Şurasının yenidən bir araya gəlməsinə dair qərar qəbul olunub. Qeyd edək ki, Kazbek Tuayevlə “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev dəvət edildikləri toplantıya qatılmayıblar. K.Tuayev “APA-Sport”a açıqlamasında bildirib ki, dəvət edilmədiyindən iclasda iştirak etməyib: “Əvvəla mən Məşqçilər Şurasının üzvü deyiləm. Digər tərəfdən, məni heç kim bu toplantıya çağırmayıb”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR