Bank Of Baku

2008-ci il Avropa çempionatının final mərhələsinin biletləri sabah satışa çıxarılacaq

2008-ci il Avropa çempionatının final mərhələsinin biletləri sabah satışa çıxarılacaq
# 28 fevral 2007 13:56 (UTC +04:00)
2008-ci ildə Avstriya və İsveçrədə keçiriləcək Avropa çempionatının final mərhələsinin biletləri martın 1-dən satışa çıxarılacaq. “APA-Sport” agentliyinin xəbərinə görə, biletlərin qiymətləri satışa çıxarılacaq ərəfədə açıqlanacaq. Lakin təşkilatçılar biletlərin sadə azarkeşlərin ciblərinə uyğun və münasib qiymətə olacağına təminat veriblər. Satışa çıxarılacaq bir milyonadək biletin 75 faizi internet vasitəsilə birbaşa və ya turnirdə iştirak edəcək Milli Assosiasiyalar vasitəsilə azarkeşlərə satılacaq.
Qeyd edək ki, 2008-ci ilin iyunun 7-də start götürəcək qitə çempionatının final mərhələsinə iyunun 29-da Avstriyanın paytaxtı Vyanadakı “Ernst Happel” stadionunda keçiriləcək final matçı ilə yekun vurulacaq. Ümumiyyətlə, turnirin oyunları 8 şəhərdə Avstriyada İnsbruk, Klaqenfurt, Zalsburq və Vyana, İsveçrədə isə Bazel, Bern, Cenevrə və Sürixdə təşkil olunacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR