Bank Of Baku

Valentin Xodukin Şahin Diniyevdən üzr istəyib

Valentin Xodukin Şahin Diniyevdən üzr istəyib
# 28 fevral 2007 14:32 (UTC +04:00)
“Məni Məşqçilər Şurasına dəvət etsələr də, toplantıda iştirak edə bilmədim. Buna görə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyevdən üzr istədim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin bildirib. V.Xodukinin sözlərinə görə, toplantıya obyektiv səbəbdən qatıla bilməyib: “Bu gün boş vaxtım olduğundan, məmnuniyyətlə həmin iclasda iştirak edərdim. Klubumuza bu haqda faks daxil olsa da, məni məlumatlandırmayıblar. Mən də bu anlaşılmazlığa görə, Şahin Diniyevdən üzrxahlıq etdim”. V.Xodukin növbəti toplantıya çağırılacağı təqdirdə iştirak edəcəyini və milli komandaya öz təkliflərini verməyə hazır olduğunu söyləyib: “Millinin baş məşqçisinin çalışdırıcısının işinə qarışmaq fikrim yoxdur. Amma məndən məsləhət alsalar, öz köməyimi əsirgəmərəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR