Bank Of Baku

Azərbaycan yığmasına daha üç əcnəbi futbolçu dəvət edilib

Azərbaycan yığmasına daha üç əcnəbi futbolçu dəvət edilib
# 28 fevral 2007 14:55 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev Qazaxıstanın Çimkənd şəhərində keçiriləcək “Alma TV Kuboku” turnirinə 22 futbolçu aparacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün açıqlanan heyətdə daha üç milliləşmiş legioner futbolçu yer alıb. Bunlar nigeriyalı Usim Nduka, braziliyalı Markos Fereyra və serbiyalı Branimir Subaşiçdir. Bununla da, milli komandada əcnəbilərin sayı cəzalı Sergey Sokolov və Yuri Muzıka da daxil olmaqla, doqquza çatıb. 19 yaşlılardan ibarət yığma komandamızın üzvü Raşid Əmirquliyev də millidə debüt etmək imkanı qazanıb. 2004-cü ilin fevralında İsrail yığması ilə səfər oyununda (0:6) millidə debüt edən Saşa Yunisoğlu üç ildən sonra ilk dəfə əsas komandamıza çağırılıb.
Qapıçılar: Cahangir Həsənzadə (“Qarabağ”), Fərhad Vəliyev (“İnter”). Müdafiəçilər: Saşa Yunisoğlu (“MKT-Araz”), Usim Nduka (“Olimpik”), Zaur Həşimov (“İnter”), Samir Abbasov (“Qarabağ”), Ramin Quliyev (“Bakı”), Ernani Pereyera (“Karvan”).
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Ceyhun Sultanov (hər ikisi “Xəzər-Lənkəran”), Aslan Kərimov (“Qarabağ”), Emin İmaməliyev, Elmar Baxşıyev (hər ikisi “İnter”), Andre Luis Ladaqa (“Bakı”), Aleksandr Çertoqanov (“Neftçi”), Markos Fereyra (“Karvan”).
Hücumçular: Vüqar Nadirov, İlqar Qurbanov (“Xəzər-Lənkəran”), Leandro Qomeş (“Bakı”), Vaqif Cavadov, Kənan Kərimov (hər ikisi “Qarabağ”), Branimir Subaşiç (“Neftçi”). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR