Bank Of Baku

Şahin Diniyev: “Əksər futbolçularımızın nümayiş etdirdiyi oyun millinin səviyyəsinə uyğun deyil”

Şahin Diniyev: “Əksər futbolçularımızın nümayiş etdirdiyi oyun millinin səviyyəsinə uyğun deyil”
# 28 fevral 2007 15:04 (UTC +04:00)
“Qazaxıstanda keçiriləcək “Alma Tv Kuboku” turnirində iştirak etməkdə məqsəd Polşa və Finlandiya yığmaları ilə oyunlara hazırlaşmaq və heyəti müəyyənləşdirməkdir. Turniri hansı nəticə ilə başa vuracağımız o qədər də böyük əhəmiyyət daşımır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri milli komandanın baş məşqçisi Şahin Diniyev söyləyib. Turnirdə yığmamızın keçirəcəyi oyunların əsas mahiyyətinin taktiki sxemlərin özünü nə dərəcədə doğruldacağı və futbolçuların hazırlıq səviyyəsini yoxlamaqdan ibarət olduğunu söyləyən Ş.Diniyev milli çempionatın oyunlarını izləsə də, yeni tapıntıya rast gəlməyib: “İkinci dövrədə həm ölkə çempionatı, həm də kubok uğrunda keçirilən qarşılaşmaların əksəriyyətini izləmişəm. Əfsuslar olsun ki, heç bir yeni tapıntıya rast gəlmədim. Əksər futbolçularımızın nümayiş etdirdiyi oyun millinin səviyyəsinə uyğun deyil. Bu, başa düşüləndir. Çünki ikinci dövrə yenicə start götürüb və futbolçular istər-istəməz potensialından aşağı səviyyədə çıxış edir. Bu dəfə də seçim edərkən xeyli çətinliklə üzləşdim”. Baş məşqçi üç yeni əcnəbi futbolçunun heyətə cəlb edilməsinə də aydınlıq gətirib: “Millidə legionerlərin sayı azalacaq. Branimir Subaşiçin göstərdiyi oyun “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışı zamanı diqqətimi cəlb etmişdi. Bizim belə hücumçuya ehtiyacımız var. Markos Fereyranı orta xətdəki boşluğu doldurmaq üçün yığmaya dəvət etmişəm. Müdafiədə də kifayət qədər problemlərin olması heç kimə sirr deyil. Yeddi-səkkiz müdafiəçiyə ehtiyacımız olduğu halda, cəmi beş arxa xətt oyunçusunun xidmətindən yararlanmalı olurduq. Məhz bu səbəbdən Usim Ndukanı da sınaqdan çıxarmaq qərarına gəldim”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR