Bank Of Baku

İlqar Nəbiyev Azərbaycanın olimpiya yığmasında Usim Ndukanı əvəzləyəcək

İlqar Nəbiyev Azərbaycanın olimpiya yığmasında Usim Ndukanı əvəzləyəcək
# 28 fevral 2007 15:23 (UTC +04:00)
Türkiyənin superliqa təmsilçisi “Kayserispor” klubunun əvəzedici komandasında çıxış edən İlqar Nəbiyev Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının (U-21) heyətinə cəlb edilib. “APA-Sport” agentliyinin məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi komandanın heyətində martın 5-dən 12-dək Bakıda keçiriləcək hazırlıq prosesində iştirak edəcək. İlk dəfə milliyə dəvət alan İ.Nəbiyev olimpiya yığmamızın heyətində yaranmış boşluğu doldurub. Belə ki, “Olimpik” klubunun 22 yaşlı nigeriyalı futbolçusu Usim Nduka U-21-ə çağırılsa da, sonradan heyətdən çıxarılaraq, əsas komandaya cəlb edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR