Bank Of Baku

Anatoli Ponomaryovun komandası “Erqrüte” klubuna uduzub

Anatoli Ponomaryovun komandası “Erqrüte” klubuna uduzub
# 01 mart 2007 08:10 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu Anatoli Ponomaryovun çıxış etdiyi İsveçin HAİS klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, HAİS mübarizə apardığı İsveçin yüksək liqasında rəqiblərindən olan “Erqrüte” ilə qarşılaşmanın sonuna 11 dəqiqə qalmış buraxdığı topla 0:1 hesabı ilə uduzub. Əsas heyətdə meydana çıxan A.Ponomaryov görüşü əvəzedilmədən keçirib. Ön xətdə çıxış edən futbolçumuz HAİS-in baş məşqçisi Roland Nilsonun meydana buraxdığı yeganə hücumçu olub. HAİS növbəti oyununu martın 3-də “Landskrona” klubu ilə keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR