Bank Of Baku

İran yığması Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib

İran yığması Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 01 mart 2007 08:30 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Avropa çempionatının ikinci seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə yoxlama oyunu keçirmək üçün İran Futbol Federasiyasına etdiyi müraciətə müsbət cavab almayıb. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. B.Əsgərovun sözlərinə görə, iranlılar yığmamızla başqa tarixdə oyun keçirmək istəyirlər: “İranlılar 19 yaşlılardan ibarət yığma komandalarının hələ bir araya gəlmədiyini əsas gətirərək, bizimlə oynamaq istəmədilər. Onlar bizə mayda qarşılaşmağı təklif etdilər. Mayda 19 yaşlılardan ibarət yığma komandamız Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcəyindən, bu tarix bizə sərfəli deyil. Mart və apreldə yoxlama oyunu keçirmək istəyərik və hazırda rəqib axtarırıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR