Bank Of Baku

“Xəzər-Lənkəran” klubunun 21 yaşlı yarımmüdafiəçisi Rəşad Kərimov meydana mayda qayıdacaq

“Xəzər-Lənkəran” klubunun 21 yaşlı yarımmüdafiəçisi Rəşad Kərimov meydana mayda qayıdacaq
# 01 mart 2007 09:58 (UTC +04:00)
Lənkəranın “Xəzər-Lənkəran” klubunun 21 yaşlı yarımmüdafiəçisi Rəşad Kərimov meydana iki aydan sonra qayıdacaq. Bu haqda “APA-Sport” agentliyinə hazırda futbolçu ilə birgə Türkiyənin paytaxtı Ankarada olan “Xəzər-Lənkəran” klubunun mətbuat katibi Zaur Əzizov məlumat verib. Z.Əzizovun sözlərinə görə, türkiyəli həkim Mehmet Binnət futbolçunu Ankaradakı şəxsi klinikasında müayinə etdikdən sonra onun dizində bağların ciddi xəsarət aldığını aşkar edib: “Cərrahiyyə əməliyyatına ehtiyac olsa da, həkim Rəşadın gənc olduğunu nəzərə alaraq, bunu məqsədəuyğun saymadı. Belə olan halda, Kərimov Ankarada iki həftəlik müalicə kursu olacaq. Hər şey yaxşılığa doğru gedərsə, Kərimov müalicədən sonra ağrılar hiss etsə belə yüngül məşqlər edə biləcək. Müalicə başa çatandan ay yarım sonra mayda Rəşad meydana çıxacaq”. Z.Əzizovun sözlərinə görə, iki həftəlik müalicə kursunda futbolçunun zədəsi sağalmasa, əməliyyat qaçılmaz olacaq.
Qeyd edək ki, R.Kərimov çempionatın ikinci dövrəsinə hazırlıq prosesində zədə almışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR