Bank Of Baku

Azərbaycanın 17 və 19 yaşınadək qızlardan ibarət milli komandası gələn həftədən təlim-məşqə başlayacaq

Azərbaycanın 17 və 19 yaşınadək qızlardan ibarət milli komandası gələn həftədən təlim-məşqə başlayacaq
# 01 mart 2007 10:25 (UTC +04:00)
17 və 19 yaşınadək qızlardan ibarət Azərbaycan milli komandası martın 5-dən 19-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Yığma komandanın baş məşqçisi Şamil Heydərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, hazırlıq prosesində ölkəmizdəki mövcud klubların üzvləri iştirak edəcəklər. Ş.Heydərov milli komandaya 24 futbolçunun çağırıldığını bildirib: “Onlar iki gün ərzində tibbi-müayinədən keçəcəklər. Gələn həftədən təlim-məşqlərə start veriləcək. Məşqlər “Şəfa”, Tofiq Bəhramov adına stadion, eləcə də, “Ruslan-93” İdman-Sağlamlıq Mərkəzinin meydançasında və Maştağa Olimpiya İdman Kompleksində aparılacaq. Ş.Heydərova yığmada iş təcrübəsinə malik Nadir Kərimov kömək edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR