Bank Of Baku

Azərbaycanın qızlardan ibarət milli komandaları Gürcüstanda yoxlama oyunu keçirəcəklər

Azərbaycanın qızlardan ibarət milli komandaları Gürcüstanda yoxlama oyunu keçirəcəklər
# 01 mart 2007 11:20 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 17 və 19 yaşlı qızlardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə martın sonlarında Moskvada beynəlxalq yarışda qüvvəsini sınayacaq. Bu barədə “APA-Sport” agentliyinə yığmanın rəisi Telman Abdullayev məlumat verib. T.Abdullayevin sözlərinə görə, ənənəvi Nogilsk turnirində həmyerlilərimizlə yanaşı, Rusiya yüksək dəstəsinin 4-5 komandası da mübarizə aparacaq. Apreldə isə yeniyetmə futbolçularımız Gürcüstanın Kabuleçi şəhərinə səfər edəcəklər. Şamil Heydərovun rəhbərlik etdiyi kollektivin qonşu ölkədə yoxlama oyunu çərçivəsində qarşılaşacağı rəqiblərin adları hələ müəyyənləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR