Bank Of Baku

Qurban Qurbanov A kateqoriyalı məşqçi diplomu almaq üçün Kiyevdə imtahan verib

Qurban Qurbanov A kateqoriyalı məşqçi diplomu almaq üçün Kiyevdə imtahan verib
# 01 mart 2007 12:05 (UTC +04:00)
“Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov Ukraynaya yollanıb. Hazırda Kiyevdə olan Qurban Qurbanovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, səfərdə məqsəd A kateqoriyalı məşqçi lisenziyası almaq üçün imtahanlarda iştirak etməkdir: “Artıq imtahanların əksəriyyətini vermişəm. Hamısı uğurla olub. Bununla belə, A kateqoriyası ilə bağlı diplomu indi ala bilməyəcəyəm. Çünki diplomlar sahiblərinə mayda təqdim olunacaq”.
Qeyd edək ki, sabah axşam Bakıya qayıdacaq 35 yaşlı çalışdırıcısı Kiyevdə məşqçiliklə bağlı təşkil olunan kurslarda ötən ilin dekabrında iştirak edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR