Bank Of Baku

Azərbaycan milli komandasında elmi-metodiki qrup yaxın zamanlarda fəaliyyətə başlayacaq

Azərbaycan milli komandasında elmi-metodiki qrup yaxın zamanlarda fəaliyyətə başlayacaq
# 01 mart 2007 12:57 (UTC +04:00)
“AFFA-da Məşqçilər Şurasının iclasının keçirilməsindən xəbərim yoxdur. Ona görə də yığma ilə bağlı yaradılacaq elmi-metodiki qrup haqqında heç nə deyə bilmərəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın elmi-metodiki mərkəzinin rəhbəri Rafiq Bağırov bildirib. Milli komandanın baş məşqçisi Şahin Diniyev isə “APA-Sport”a bildirib ki, elmi-metodiki qrupun yaxın bir ayda, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa və Finlandiyaya ilə oyunlardan sonra fəaliyyətə başlayacaq. Baş məşqçi elmi-metodiki qrupun yaradılmasında əsas məqsədin xüsusi aparatlar vasitəsilə futbolçuların funksional hazırlığının yoxlanılması olduğunu vurğulayıb.
Qeyd edək ki, yığmada bu üsul ilk dəfə “İnter” rəhbərliyinin təşəbbüsü ilə 2005-ci ilin avqustunda tətbiq olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR