Bank Of Baku

Şahin Diniyev: “Yaxın vaxtlarda ehtiyat yığma komandanın yaradılması gündəmdə deyil”

Şahin Diniyev: “Yaxın vaxtlarda ehtiyat yığma komandanın yaradılması gündəmdə deyil”
# 01 mart 2007 13:13 (UTC +04:00)
“Yaxın vaxtlarda Azərbaycanın futbol üzrə ehtiyat yığma komandasının yaradılması gündəmdə deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev bildirib. Baş məşqçinin sözlərinə görə, ehtiyat milli komandanın yaradılmasına bir-iki aydan sonra başlanılacaq. Ş.Diniyev ikinci yığmaya yaşı aşağı yaş qrupları üzrə milli komandalarımızda oynamağa imkan verməyən və obyektiv səbəblərdən əsas millidən kənarda qalan səviyyəli futbolçuların çağırılacağını vurğulayıb: “Biz bu yığmadan əsas millinin ehtiyat qüvvəsi kimi istifadə edəcəyik”. Baş məşqçi, həmçinin, bildirib ki, hləlik ikinci yığma komandada baş məşqçi məsələsi müzakirə olunmur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR