Bank Of Baku

Roman Cəfərov Azərbaycanın 15 yaşlı futbolçulardan ibarət yığmasının baş məşqçisi təyin edilib

Roman Cəfərov Azərbaycanın 15 yaşlı futbolçulardan ibarət yığmasının baş məşqçisi təyin edilib
# 01 mart 2007 13:18 (UTC +04:00)
Futbol üzrə 15 yaşlılardan ibarət Azərbaycan yığma komandasının yeni baş məşqçisinin adı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, indiyədək yeniyetmələrlə işləmiş Roman Cəfərov bu vəzifəyə təyin olunub. Qeyd edək ki, 15 yaşlılardan ibarət yığma komandada baş məşqçi postu Şamil Heydərovun gedişindən sonra iki həftədir vakant qalmışdı. Azərbaycanın olimpiya yığmasının sabiq çalışdırıcısı Nazim Əliyevin isə 19 yaşlılardan ibarət millinin köməkçi məşqçi vəzifəsinə təyinatı təsdiqlənib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR