Bank Of Baku

Azərbaycan milli komandası Polşaya çarter reysi ilə yollanacaq

Azərbaycan milli komandası Polşaya çarter reysi ilə yollanacaq
# 01 mart 2007 13:53 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsində martın 24-də Polşa yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan milli komandası səfərə çarter reysi ilə yollanacaq. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, yığmamız Varşavaya martın 23-də səhər saat 10:00-da yola düşəcək. Azərbaycan nümayəndə heyəti Varşavanın “Hyatt Regency” otelində məskunlaşacaq. Futbolçularımız qarşılaşmadan bir gün öncə yerli vaxtla saat 18:00-da görüşün keçiriləcəyi “Legiya” stadionunda məşqə çıxacaqlar. Milli komandamız matçdan dərhal sonra çarter reysi ilə vətənə dönəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR