Bank Of Baku

Azərbaycan-Finlandiya oyununa ən bahalı bilet 10 manata olacaq

Azərbaycan-Finlandiya oyununa ən bahalı bilet 10 manata olacaq
# 01 mart 2007 14:39 (UTC +04:00)
Azərbaycan və Finlandiya milli komandaları arasında martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletləri yerlərindən asılı olaraq , 1-10 manat aralığında olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, biletlər satışa təxminən 15 gündən sonra çıxarılacaq: “Çox güman ki, biletlər oyuna 10 gün qalmış satışa çıxarılacaq. Biletlərin dəyəri 1, 2, 3, 5, 8 və 10 manat müəyyənləşib. Ən ucuz biletlər 1-ci sektordan dördüncüyədək və 25-ci sektordan 28-dək olacaq. 14-cü və 15-ci sektorlara isə ən bahalı biletlər satılacaq”.
Qeyd edək ki, biletlər stadionun kassasında satılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR