Bank Of Baku

Rasim Kara: “Azərbaycan yığması əcnəbilərdən heç bir fayda görməyəcək”

Rasim Kara: “Azərbaycan yığması əcnəbilərdən heç bir fayda görməyəcək”
# 01 mart 2007 15:28 (UTC +04:00)
“Milli komandaya əcnəbilərin cəlb olunmasını düzgün saymıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara bildirib. Türkiyəli çalışdırıcı əcnəbilərin milliləşdirilməsinə iki fərqli prizmadan yanaşıb: “Legionerlərin milliləşdirilməsi Azərbaycan pasportunu almaq üçündürsə, buna sözüm yoxdur. Amma əcnəbilərin milliləşdirilməsi klublarda daha çox legioner oynatmağa xidmət edirsə, bundan milli komanda heç bir fayda görməyəcək”. Türkiyədə də bu praktikadan istifadə olunduğunu vurğulayan R. Kara AFFA-da keçirilən Məşqçilər Şurasının iclasına qatıla bilməməsini vətənində olması ilə əlaqələndirib. Azərbaycanın ehtiyat milli komandasının yaradılması haqqında qərara münasibətini açıqlayan türkiyəli mütəxəssis bu yığmanın təşkilati işlərinin daha yaxşı aparılmasını və çoxlu yoldaşlıq görüşündə qüvvəsini sınamasının vacibliyini qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR