Bank Of Baku

“Qarabağ” “Şahdağ”, “Bakılı” və “Qarabağ-2” klubları ilə yoxlama oyunları keçirəcək

“Qarabağ” “Şahdağ”, “Bakılı” və “Qarabağ-2” klubları ilə yoxlama oyunları keçirəcək
# 01 mart 2007 15:39 (UTC +04:00)
Bir həftəlik fasilədən sonra “Qarabağ” klubu baş məşqçi Rasim Karanın rəhbərliyi altında məşqlərini bərpa edib. Bu haqda “APA-Sport” agentliyinə Rasim Karanın özü məlumat verib. Türkiyəli çalışdırıcının sözlərinə görə, suçiçəyi xəstəliyinə yoluxması üzündən on günədək komandanın məşqlərindən kənarda qalan müdafiəçi Nodar Məmmədov artıq toplantıya qatılıb. Təqvimə əsasən, aprelin 4-dək milli çempionatın oyunlarına çıxmayacaqlarını bildirən türkiyəli mütəxəssis bu müddətdə “Şahdağ”, “Bakılı” və “Qarabağ-2” klubları ilə yoxlama oyunları keçirəcəklərini bildirib. R.Kara, həmçinin, Sumqayıtda keçiriləcəyi gözlənilən turnirə qatılmağa razılıq verdiklərini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR