Bank Of Baku

Saşa Yunusoğlu: “Milli komandada rəqabətdən çəkinmirəm”

Saşa Yunusoğlu: “Milli komandada rəqabətdən çəkinmirəm”
# 01 mart 2007 15:52 (UTC +04:00)
“Milli komandaya çağırılacağımı çoxdan gözləyirdim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun müdafiəçisi Saşa Yunisoğlu bildirib. 22 yaşlı futbolçunun sözlərinə görə, milli komandanın baş məşqçisi Şahin Diniyevin İmişlidə komandasının “Karvan”la görüşünü izləyəcəyini əvvəlcədən bildiyindən bu qarşılaşmada bütün gücü ilə çıxış edib: “Bu şansdan maksimum yararlanacağam. Çalışacağam ki, bu, milli komandada ilk və sonuncu dəvətim olmasın. Yığmada əsas heyətdə möhkəmlənmək iddiasındayam. Rəqabətdən çəkinməyib öz gücümə inanıram”. Qeyd edək ki, S.Yunisoğlu millidə 2004-cü ilin fevralında İsrail yığması ilə səfər oyununda keçirilən yoldaşlıq görüşündə debüt edib. Həmin vaxt “Bakılı”da çıxış edən müdafiəçi “MKT-Araz” klubundan uzun fasilədən sonra milli komandaya çağırılan futbolçu olmasının məsuliyyətini yaxşı dərk etdiyini vurğulayıb: “Klubumuzun adını layiqincə təmsil etməyə çalışacağam. Etimadı doğrultmaqla, milli komandadakı perspektivimi yaxşılaşdırmalıyam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR