Bank Of Baku

Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı dəyişdirilib

Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı dəyişdirilib
# 02 mart 2007 08:18 (UTC +04:00)
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının eyni gündə keçirilməsi nəzərdə tutulsa da, başlanma saatları fərqli olacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Bakının “İnter” və Lənkəranın “Xəzər-Lənkəran” klubları martın 4-də keçiriləcək təkrar görüşlərin başlanma vaxtını dəyişdirib. Bu klublar AFFA-ya rəsmi müraciətlərində görüşlərinin təyin olunan vaxtdan - 14:00-dan gec başlanmasını istəyib. Assosiasiya “İnter” və “Xəzər-Lənkəran” klublarının ev oyunlarının keçirdiyi stadionlarda projektorların olması nəzərə alaraq müraciəti müsbət verib. Belə ki, “İnter” - “Gənclərbirliyi” görüşü saat 16:00-da, “Xəzər-Lənkəran” “Bakı” qarşılaşması isə bundan bir saat sonra başlayacaq. “Turan” “Neftçi” və “Karvan” “MKT-Araz” oyunları isə saat 14:00-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR