Bank Of Baku

“Gənclərbirliyi” klubunun rəhbərliyi futbolçularını cəzalandıracaq

“Gənclərbirliyi” klubunun rəhbərliyi futbolçularını cəzalandıracaq
# 02 mart 2007 08:35 (UTC +04:00)
“Gənclərbirliyi” klubunun rəhbərliyi nizam-intizamı pozan futbolçularına qarşı sərt tədbirlər görəcək. Bu haqda “APA-Sport” agentliyinə klubun vitse-prezidenti Vaqif Sadıqov bildirib. V.Sadıqovun sözlərinə görə, martın 4-də Bakıda “İnter” ilə Azərbaycan kubokunun təkrar 1/4 final oyunundan sonra klubdaxili iclas keçirəcəklər: “Həmin iclasda komandanın çıxışı müzakirə ediləcək. Klubun maliyyə problemi ilə üzləşdiyi bir vaxtda futbolçuların nizam-intizamı pozub cərimələnməsinə səbəb olan hərəkətlərinə qarşı sərt tədbir görüləcək. Belə hərəkətlərə yol verən oyunçuları cərimələyəcəyik”.
Qeyd edək ki, “Gənclərbirliyi” klubunun hücumçusu Fəqan Şahbazov “İnter”lə ölkə kubokunun ilk 1/4 final oyununda qırmızı vərəqə aldığına görə, AFFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 200 manat cərimələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR