Bank Of Baku

“Karvan” dünyanın ən güclü klublarının reytinq siyahısında bir pillə geriləyib

“Karvan” dünyanın ən güclü klublarının reytinq siyahısında bir pillə geriləyib
# 02 mart 2007 08:46 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) klubların növbəti reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, dünyanın 350 ən güclü klubu arasında yeganə təmsilçimiz olan “Karvan” bir pillə geriləyib. Hazırda 186-cı yerdə qərarlaşan Yevlax təmsilçisi hesabındakı 87,5 xalla İspaniyanın “Betis” klubunu bir pillə qabaqlayır. Siyahıya isə ötən ay olduğu kimi, “Sevilya” (İspaniya) başçılıq edir. İFFHS-in hesablamalarına əsasən, “İnter” (İtaliya) ikinci, “Barselona” (İspaniya) üçüncü yerdədir. İlk onluluğa düşən klublardan “Liverpul” (İngiltərə) 4-cü, “Milan” (İtaliya) 5-ci, “San-Paulo” (Braziliya) 6-cı, “Arsenal” (İngiltərə) 7-ci, “İnternasional” (Braziliya) 8-ci, “Olimpik” (Lion, Fransa) 9-cu, “Nyukasl” (İngiltərə) 10-cu pillədə yer alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR