Bank Of Baku

Yaşar Vahabzadə: “Qrupumuzda aşkar favorit yoxdur”

Yaşar Vahabzadə: “Qrupumuzda aşkar favorit yoxdur”
# 02 mart 2007 09:08 (UTC +04:00)
“Püşkün nəticəsini normal qiymətləndirirəm. Asan qrupa düşdüyümüzü demək olmaz. Onsuz da seçmə mərhələdə zəif rəqib olmur”. Bu fikirləri “APA-Sport” agentliyinə 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına münasibətini bildirərkən deyib. Y.Vahabzadənin sözlərinə görə, yığmamızın da yer aldığı IX qrupda aşkar favorit yoxdur: “Qrupda kimin favorit olduğunu söyləmək çətindir. Yadınızdadırsa, ötən il Bakıda təşkil olunan seçmə oyunlarda hamı Danimarkanı favorit sayırdı. Lakin danimarkalılar qrup səddini aşa bilmədilər”. Y.Vahabzadə bildirib ki, komandasının 2008-ci ildə baş tutacaq qitə birinciliyinin ikinci seçmə mərhələsinə yüksəlmək şansı böyükdür: “Şans həmişə var. Futbolçularımızın oyun praktikası baxımından problemlər yaşamaması payızda keçiriləcək seçmə mərhələdə ən üstün cəhətimiz sayılır. Heyətin əksər üzvləri 1991-ci il təvəllüdlülərdir. Gələcək yaxşı perspektiv vəd edir. Allah qoysa, uğurlu çıxış edib qrupdakı ilk iki yerdən birini tutacağıq”.
Qeyd edək ki, milli komandamızın qrupdakı rəqibləri Rusiya, Finlandiya və Bosniya və Herseqovinadır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR