Bank Of Baku

Azərbaycan milli komandası Özbəkistandan Qazaxıstana avtobusla yollanacaq

Azərbaycan milli komandası Özbəkistandan Qazaxıstana avtobusla yollanacaq
# 02 mart 2007 09:48 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın milli komandası martın 7-dən 12-dən Qazaxıstanda keçiriləcək “Alma TV kuboku” turnirində iştirakı zamanı qalacağı məkan müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız Çimkənd şəhərindəki eyni adlı oteldə məskunlaşacaq. Milli komandamız səfərə Bakıda hazırlıq prosesi keçmədən çıxacaq. Yığmamız martın 5-də səhər saatlarında Bakı-Daşkənd reysi ilə Özbəkistanın paytaxtına yollanıb Daşkənddən Qazaxıstana səfər edəcək. Yığmamız Daşkənddən Çimkənd şəhərinə 100 kilometrlik yolu avtobusla qət edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR