Bank Of Baku

Arif Əsədov: “İstənilən komanda ilə mübarizə apara bilərik”

Arif Əsədov: “İstənilən komanda ilə mübarizə apara bilərik”
# 02 mart 2007 09:56 (UTC +04:00)
“Qrup mərhələsində yenə uğur qazanmaq istəyirik. Ötən il əldə etdiyimiz nailiyyəti təkrarlamağa çalışacağıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında 19 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Arif Əsədov bildirib. A.Əsədov 2008-ci il Avropa çempionatının birinci seçmə mərhələsinin püşkatmasının nəticələrini qənaətbəxş sayıb: “Normal qrupa düşmüşük. İstənilən komanda ilə mübarizə apara bilərik. Seçmə mərhələdə əsas rəqiblərimiz Ukrayna və Şotlandiya olacaq. Burada meydan amili də mühüm rol oynayır. Rəbiqlərini evdə qəbul edən komanda əlavə üstünlük qazanacaq. Amma yığmamız Kiprdə mərhələ adlamaqla, meydan amilinin işimizə böyük əngəl törətmədiyini artıq sübuta yetirib”. Baş məşqçinin sözlərinə görə, komandası payızdakı sınağa xüsusi proqram əsasında hazırlaşacaq: “Hazırda bütün diqqətimizi qitə çempionatının ikinci seçmə mərhələsinə cəmləmişik. Bununla belə, payızda keçiriləcək oyunlar da diqqətdən kənarda qalmayacaq. Xüsusi yerlərdə təlim-məşq toplanışı keçib, rəqiblərin oyun stilinə uyğun komandalarla yoxlama görüşlərində qüvvəmizi sınayacağıq”.
Qeyd edək ki, 19 yaşınadək yığmamız Avropa çempionatının seçmə mərhələsində XI qrupda Ukrayna, Şotlandiya və Moldova milliləri ilə qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR