Bank Of Baku

Dmitri Kramarenko “Bakı” ilə oyuna çıxmayacaq

Dmitri Kramarenko “Bakı” ilə oyuna çıxmayacaq
# 02 mart 2007 11:32 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun qapıçısı Dmitri Kramarenko “Bakı” ilə ölkə kubokunun 1/4 final mərhələsinin təkrar oyununda meydana çıxmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, qapıçının zədəsi tam sağalmadığından martın 4-də keçiriləcək qarşılaşmanı kənardan izləyəcək. D.Kramarenko komandanın hazırlığında iştirak etsə də, sağ əlindəki ağrılardan əziyyət çəkir. Milli komandamızın sabiq qapıçısının zədəsi gələn həftəyə tam sağalacaq.
Qeyd edək ki, D.Kramarenko Azərbaycan çempionatının XIV turunda “Neftçi” komandası ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə aldığı zədədən sonra iki oyundur meydana çıxmır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR