Bank Of Baku

Fuad Əsədov: “Daha bir il müddətinə baş katib postunda çalışacağam”

Fuad Əsədov: “Daha bir il müddətinə baş katib postunda çalışacağam”
# 02 mart 2007 11:47 (UTC +04:00)
“Ələddin Ağayinin AFFA prezidentinin köməkçisi vəzifəsinə təyin olunması əmrini mən vermişəm”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibi Fuad Əsədov bildirib. F.Əsədovun sözlərinə görə, aprelin 26-da keçiriləcək AFFA-nın növbəti konfransında vəzifəsindən kənarlaşdırılacağı, əvəzində Ələddin Ağayinin baş katib postuna gətiriləcəyi barədə yayılan xəbərlər cəfəngiyyatdır: “AFFA-da işdən çıxarılmağa ən asan namizəd mənəm. Çünki seçkili orqan deyiləm, sadəcə, bu vəzifəyə təyin edilmişəm. Digər tərəfdən, öz ərizəmlə də tutduğum vəzifədən azad edilə bilərəm. Amma yanvarda bağladığım müqaviləyə əsasən, daha bir il müddətinə baş katib postunda çalışacağam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR