Bank Of Baku

Azərbaycanın 19 yaşınadək yığma komandası Ukraynaya yollanacaq

Azərbaycanın 19 yaşınadək yığma komandası Ukraynaya yollanacaq
# 02 mart 2007 12:08 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 19 yaşınadək yığma komandasının 2008-ci il Avropa çempionatının birinci seçmə qrup mərhələsindəki oyunlarının yeri müəyyənləşib. “APA-Sport” agentliyinin xəbərinə görə, Arif Əsədovun baş məşqçisi olduğu yığmamız IX seçmə qrupda oyunlarını Ukraynada keçirəcək. Oktyabrda startı veriləcək qrup oyunlarında millimizin rəqibləri Ukrayna, Şotlandiya və Moldova yığmaları olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR