Bank Of Baku

Rafael Əmirbəyov zədəsini sağaldıb

Rafael Əmirbəyov zədəsini sağaldıb
# 02 mart 2007 12:10 (UTC +04:00)
“Bakı” klubunun 31 yaşlı müdafiəçisi Rafael Əmirbəyov zədəsini sağaldaraq, yenidən meydana çıxmağa hazırdır. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Rafael Əmirbəyovun sözlərinə görə, martın 4-də Lənkəranda “Xəzər-Lənkəran” klubu ilə keçiriləcək oyununda meydana çıxacağı gözlənilir: “Aldığım zədə nəticəsində ayağım şişmişdi. Bu səbəbdən xeyli vaxtdır oynamıram. Artıq ayağımdakı şiş çəkilib və komandanın məşqlərində iştirak edirəm”.
Qeyd edək ki, R.Əmirbəyov ötən ay hazırlıq prosesində Bakıda “Şahdağ” ilə yoxlama oyununda zədələnib və çempionatın ikinci dövrəsində hələlik meydana çıxmayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR