Bank Of Baku

Azərbaycanın 17 yaşınadək futbolçuları Rusiyada keçirdikləri ikinci yoldaşlıq matçında da uduzublar

Azərbaycanın 17 yaşınadək futbolçuları Rusiyada keçirdikləri ikinci yoldaşlıq matçında da uduzublar
# 02 mart 2007 13:59 (UTC +04:00)
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci yoldaşlıq matçını keçirib. Bataysk şəhərini təmsil edən “Bataysk-2007” klubu ilə qarşılaşan milli komandamız 0:2 hesabı ilə məğlub olub. Komandamızın baş məşqçisi Yaşar Vahabzadənin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, məğlubiyyətin əsas səbəbi rəqibin güclü olmasıdır: “Rusiyanın ikinci dəstəsində mübarizə aparmasına baxmayaraq, “Bataysk-2007” peşəkar klubdur. Komandanın heyətində Rusiyanın ən güclü klublarında zəngin təcrübə toplamış veteran futbolçular oynayırlar”.
Qeyd edək ki, yığmamız Krımskdakı ilk yoxlama matçında Volqoqradın “Olimpiya” klubuna eyni hesabla uduzub. Milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq matçını sabah Rusiyanın ikinci dəstə təmsilçisi “Okean” (Naxodka) klubuna qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR