Bank Of Baku

“Xəzər-Lənkəran” “Bakı” görüşünü Vüsal Əliyev idarə edəcək

“Xəzər-Lənkəran”  “Bakı” görüşünü Vüsal Əliyev idarə edəcək
# 02 mart 2007 14:13 (UTC +04:00)
AFFA Hakimlər Komitəsi martın 4-də keçiriləcək Azərbaycan kuboku uğrunda təkrar 1/4 final oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, hər üç FİFA hakimimiz Vüsal Əliyev, Fariz Yusifov və Babək Quliyev kubok oyunlarına təyinat alıb. “Xəzər-Lənkəran” “Bakı” görüşünü V.Əliyev idarə edəcək. V.Əliyevə Elman Musayev, Vaqif Ayvazov və Eldar Nağıbəyov yardımçı olacaq. “Turan” “Neftçi” oyununa baş hakim təyin olan B.Quliyevə Akif Adıgözəlov, Ruhulla Kərimov, Ceyhun Haşımov kömək edəcək. “İnter” “Gənclərbirliyi” oyununu idarə etmək Fariz Yusifova həvalə olunub. F.Yusifovun başçılıq etdiyi briqadada Azad Q.Hüseynov, Azad Ə.Hüseynov, Ramiz Əhmədov yer alıb. “MKT-Araz” “Karvan” oyununun baş hakimi isə Anar Niyazov təyin olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR