Bank Of Baku

İlqar Nəbiyev: “Ərtoğrul Sağlam Şahin Diniyevə mənim milli komandaya hazır olmadığımı bildirib”

İlqar Nəbiyev: “Ərtoğrul Sağlam Şahin Diniyevə mənim milli komandaya hazır olmadığımı bildirib”
# 02 mart 2007 14:51 (UTC +04:00)
“Azərbaycan milli komandasından dəvət gözləyirdim. Ancaq mənə məsləhət gördülər ki, hələlik 21 yaşlılardan ibarət yığma komandada çıxış edim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Türkiyənin Super Liqa təmsilçisi “Kayserispor” klubunun əvəzedici komandasında çıxış edən 19 yaşlı həmyerlimiz İlqar Nəbiyev bildirib. Futbolçunun sözlərinə görə, hazırda intensiv məşq edərək, əvvəlki formasını bərpa etməyə çalışır: “Səhhətimdə yaranmış problemlə bağlı bir müddət hazırlıqdan kənarda qaldım. Cəmi on gündür məşq edirəm. Klubumdakı məşqçilər hazırlığıma xüsusi diqqət yetirir. Gündə iki dəfə məşq edirdim. Son günlər isə üç dəfə məşq edirəm. Hətta Universitetə dərsə də getmirəm. Milli komandamızın baş məşqçisi Şahin Diniyevin “Kayserispor” klubunun çalışdırıcısı Ərtoğrul Sağlamla mənimlə bağlı söhbəti olub. Sağlam mənim hazırkı durumumun əsas yığmada oynamağa imkan vermədiyini söyləyib. Bildiyimə görə, Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası qarşıdakı hazırlığı tanışlıq xarakteri daşıyır. Milli komandaya çağırılacağıma ümidi itirmirəm və əlimə düşən fürsəti dəyərləndirəcəyəm”. İ.Nəbiyev, həmçinin, bildirib ki, sabah “Çaykur Rizəspor” klubuna qarşı oyunda “Kayserispor”un əvəzedici komandasının əsas heyətində meydana çıxacaq. Həmyerlimiz artıq Bakıya bilet sifariş etdiyini söyləyib.
Qeyd edək ki, 21 yaşlılardan ibarət yığma komandamız təlim-məşq toplanışını martın 5-dən 12-dək Bakıda keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR