Bank Of Baku

AFFA UEFA-ya şikayət edəcək

AFFA UEFA-ya şikayət edəcək
# 02 mart 2007 15:32 (UTC +04:00)
Azərbaycanın futzal yığmasının Hollandiyada keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində üzləşdiyi haqsızlıqla əlaqədar AFFA UEFA-ya şikayət etməyə hazırlaşır. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib. Baş katibin sözlərinə görə, millimizin Serbiya ilə 5:5 hesabı ilə başa çatan qarşılaşmasında baş verən hadisə ilə bağlı qitə futbol qurumunun Nizam-İntizam Komitəsinə şikayət ediləcək: “Əlimizdə qəzet nümunələri, həmin anın fotoşəkilləri var”. F.Əsədov bildirib ki, Serbiya Futbol Federasiyasına qarşı tətbiq olunacaq cəza sərtləşdirilə bilər. Baş katib milli komandanın mükafatlandırılmasının nəzərdə tutulmadığını da vurğulayıb: “Yığmanın Avropa çempionatının seçmə mərhələsinə yollanmamışdan öncə komandanı qəbul etdik. Onlara uğurlar arzuladıq və bildirdik ki, əgər qrupda birinci yeri tutsanız, sizə mükafat verəcəyik. Əfsuslar olsun ki, bu, baş vermədi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR