Bank Of Baku

Fuad Əsədov: “Hazırda AFFA və UEFA arasında çəkişmə gedir”

Fuad Əsədov: “Hazırda AFFA və UEFA arasında çəkişmə gedir”
# 02 mart 2007 15:50 (UTC +04:00)
“Sergey Sokolovun qanında istifadəsi qadağan edilən dərman preparatı tapıldığına görə, özü günahkardır. UEFA AFFA-nı müvafiq təlimatlarında göstərilən qayda pozuntularına görə cərimə edib. Hər halda, UEFA qərarını belə izah edib”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibi Fuad Əsədov söyləyib. Hazırda qitə futbol qurumunun müvafiq instansiyası ilə yazışmalar apardığını vurğulayan F.Əsədov UEFA-ya göndərdiyi məktublara iki dəfə cavab aldığını bildirib: “UEFA göndərdiyi cavab məktublarında bildirir ki, AFFA-da Sokolovun hansı xəstəlikləri keçirdiyi ilə bağlı anket olmalıdır. Eyni zamanda, məktubda futbolçunun milli komandanın oyunundan sonra götürülən dopinq-testdən keçə bilmədiyi qeyd edilib. Yığmaya AFFA birbaşa məsuliyyət daşıdığından, cəriməni federasiyaya tətbiq ediblər. Lakin biz bu əsaslandırmalarla razılaşa bilmərik. Nə olsun ki, Sokolov milli komandanın oyunçusudur? Hazırda AFFA və UEFA arasında çəkişmə gedir. Görək, axırı nə olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR