Bank Of Baku

Azərbaycan və İtaliyanın olimpiya yığmaları arasındakı oyunların tarixi müəyyənləşib

Azərbaycan və İtaliyanın olimpiya yığmaları arasındakı oyunların tarixi müəyyənləşib
# 02 mart 2007 16:00 (UTC +04:00)
Futbol üzrə 21 yaşlılardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu qrupun favoriti İtaliya ilə keçirəcək. Birinci seçmə qrupda yer alan bu komandalar arasındakı qarşılaşma sentyabrın 27-də Bakıda baş tutacaq. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib. Baş katibin sözlərinə görə, olimpiyaçılarımızın qrup oyunlarının təqvimi hələlik tam müəyyənləşməsə də, artıq İtaliya ilə oyunların vaxtı və yeri ilə bağlı razılıq əldə olunub: “Qrupumuzda yer alan yığma komandaların milli federasiyaları arasında bəzi oyunlarla bağlı yazışmalar aparılıb. İtaliya Futbol Federasiyası AFFA-ya göndərdikləri faksda komandamızla 2007-ci il sentyabrın 27-də Bakıda, 2008-ci il sentyabrın 6-da isə öz meydanlarında qarşılaşmaq istədiklərini bildiriblər. Biz də müsbət cavab vermişik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR