Bank Of Baku

15 yaşınadək Azərbaycan yığmasının baş məşqçisi Roman Cəfərov: “Uşaqlar topu saxlamağı, davranmağı, ötürmə verməyi bacarmırlar”

15 yaşınadək Azərbaycan yığmasının baş məşqçisi Roman Cəfərov: “Uşaqlar topu saxlamağı, davranmağı, ötürmə verməyi bacarmırlar”
# 02 mart 2007 16:26 (UTC +04:00)
Azərbaycanın 15 yaşınadək futbolçulardan ibarət yığması bu gün “Şəfa” stadionunda yeni baş məşqçi Roman Cəfərovun rəhbərliyi altında ilk məşqə çıxıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Roman Cəfərovun sözlərinə görə, 22 yeniyetmənin iştirak etdiyi birinci toplanışda futbolçular zəif təsir bağışlayıblar: “Bizə həddən artıq çətin olacaq. Komandanın üzvləri çox zəifdirlər. Uşaqlar topu saxlamağı, davranmağı, ötürmə verməyi bacarmırlar. Bu haqda Şahin Diniyevlə Şakir Qəribova mütləq məlumat verəcəyəm. Hazırkı heyətdən bir nəfər də olsa, qabağa getməyəcək. 22 futbolçudan bəlkə 3-ü və ya 4-ü yığmada qalacaq. Qalanları komandadan uzaqlaşdırılacaq”. R.Cəfərov bildirib ki, seleksiya işləri aparmaq üçün AFFA ona 20 gün vaxt verib. Baş məşqçi peşəkar klubların nəzdində fəaliyyət göstərən uşaq komandalarının çempionatını izləyəcəyini və diqqətini cəlb edənləri yığmaya çağıracağını vurğulayıb. R.Cəfərova hələlik yalnız qapıçılar üzrə məşqçi Ramiz Əhmədov kömək edəcək. Bir aydan sonra isə milli komandaya daha bir məşqçinin təyin olunacağı istisna deyil.
Qeyd edək ki, U-15-in bundan əvvəlki baş məşqçisi Şamil Heydərov idi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR