Bank Of Baku

Ruslan Məcidovun çıxış etdiyi “Vidzev” klubu Polşa çempionatının növbəti turunda heç-heçə oynayıb

Ruslan Məcidovun çıxış etdiyi “Vidzev” klubu Polşa çempionatının növbəti turunda heç-heçə oynayıb
# 05 mart 2007 09:15 (UTC +04:00)
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq qapıçısı Ruslan Məcidovun hazırda çıxış etdiyi Polşanın “Vidzev” klubu mübarizə apardığı yüksək liqada ikinci dövrəyə heç-heçə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Vidzev” komandasının 16-cı turda “Qroklin” klubu ilə səfərdə keçirdiyi oyunu qolsuz bərabərliklə başa çatıb. Bu görüşdə meydana çıxmayan həmyerlimiz ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, 16 oyundan sonra hesabında 16 xal olan “Vidzev” turnir cədvəlində 11-ci pilləsində qərarlaşıb. “Vidzev” növbəti turda martın 10-da öz meydanında “Arka” ilə qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR