Bank Of Baku

İqor Ponomaryovun baş məşqçisi olduğu “Maşuk-KMV” “Qubkin” klubunu böyük hesabla məğlub edib

İqor Ponomaryovun baş məşqçisi olduğu “Maşuk-KMV” “Qubkin” klubunu böyük hesabla məğlub edib
# 05 mart 2007 10:31 (UTC +04:00)
Futbol üzrə yeganə azərbaycanlı olimpiya çempionu İqor Ponomaryovun baş məşqçisi olduğu Rusiyanın “Maşuk-KMV” klubu yeni mövsümə hazırlıq çərçivəsində Kislavodsk şəhərində təlim-məşq toplanışına yığışıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Maşuk-KMV” Rusiyanın Kostroma şəhərini təmsil edən “Spartak” klubu ilə yoxlama oyunda 1:1 hesablı bərabərliyə qalıb. İ.Ponomaryov bu görüşdə çempionatda səfər oyunları üçün oyun modelini, müdafiədən hücuma sürətli keçid variantını sınayıb. Müdafiə öz işinin öhdəsindən gəlsə də, səviyyəli hücumçuların qıtlığı İ.Ponomaryovu düşünməyə vadar edib. Bununla belə, həmyerlimiz oyunçularından narazılığını bildirməyib. Həmyerlimiz bu qarşılaşmada nəticədən yox, yetirmələrinin onun tapşırıqlarını yerinə yetirməsindən razı qalıb. Rusiyanın Qubkin şəhərinin eyniadlı komandası ilə oyunda isə “Maşuk-KMV” böyük hesablı (4:0) qələbə qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR