Bank Of Baku

İqor Nakoneçnı: “Sübut etdik ki, hazırda “Karvan” klubundan güclüyük”

İqor Nakoneçnı: “Sübut etdik ki, hazırda “Karvan” klubundan güclüyük”
# 05 mart 2007 11:16 (UTC +04:00)
“İlk oyundakı nəticə bizi ruhdan salmadı. Sübut etdik ki, hazırda “Karvan” klubundan güclüyük”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı bildirib. Ukraynalı mütəxəssisin sözlərinə görə, Azərbaycan kuboku uğrunda Yevlaxın “Karvan” klubu ilə öz meydanlarında keçirilən ilk 1/4 final qarşılaşmasını ciddi təhlil edərək, lazımi nəticə çıxarıblar: “İmişlidəki görüşdə ikinci hissədə yaxşı oyun nümayiş etdirmişdik. Səfər görüşümüz bunun davamı oldu. Biz rəqibimizdən aşkar üstün olaraq, yarımfinala çıxmağa layiq olduğumuzu sübut etdik. Hətta rəqib meydanında üzləşdiyimiz çətinliklər, azlıqda qalmağımız da bizi qorxutmadı. Komandam meydanda azlıqda qalanda toparlana bilir”. İ.Nakoneçnı yarımfinaldakı rəqibi “Neftçi” ilə kubok sınağınadək çempionatda da qarşılaşmalı olduqlarının yerinə düşmədiyini bildirib. Onun sözlərinə görə, “Neftçi” üçün də belə təqvim sərfəli olmamalıdır: “Yarımfinal görüşlərinədək keçirilməli olan çempionat oyununda rəqiblər bir-birinin gücünə bələd olacaq. Bunu yaxşı hal saymıram. Hər halda, çempionatda da qarşılaşmalı olduğumuzu unutmamalıyıq. Çempionatda olduğu kimi, kubokda da mübarizəni sonadək davam etdirəcəyik. Hesab edirəm ki, finala çıxmaq şanslarımız “Neftçi” ilə bərabərdir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR