Bank Of Baku

“Neftçi” klubunun serbiyalı qapıçısı Vladimir Miçoviç Azərbaycanı tərk edib

“Neftçi” klubunun serbiyalı qapıçısı Vladimir Miçoviç Azərbaycanı tərk edib
# 05 mart 2007 15:13 (UTC +04:00)
“Neftçi” klubunun 32 yaşlı qapıçısı Vladimir Miçoviç Azərbaycanı tərk edib. “APA-Sport” agentliyinin məlumatına görə, serbiyalı legioner martın 4-də “Turan” ilə Tovuzda keçirilən oyundan sonra vətəninə yollanıb. Şəxsi işləri ilə əlaqədar klub rəhbərliyindən icazə alan V.Miçoviç martın 7-də Bakıya qayıdacaq. Hazırda istirahətdə olan “Neftçi” həmin gün bir araya gəlib hazırlığını davam etdirəcək. Klubun digər legionerləri - moldovalı Vadim Borets, bolqarıstanlı Svyatoslav Stefanov və gürcüstanlı Georgi Adamiya isə Bakıda qalıblar. Dördqat ölkə çempionunun futbol üzrə milli komandamıza dəvət olunan oyunçuları - ukranyalı Aleksandr Çertoqanov ilə serbiyalı Branimir Subaşiç bu gün səhər saatlarında Qazaxıstana yollanıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR