Bank Of Baku

Özbəkistan yığmasının baş məşqçisi: “Azərbaycanın əvəzinə daha güclü komanda ilə qarşılaşmaq lap yaxşı olardı”

Özbəkistan yığmasının baş məşqçisi: “Azərbaycanın əvəzinə daha güclü komanda ilə qarşılaşmaq lap yaxşı olardı”
# 05 mart 2007 15:24 (UTC +04:00)
“Azərbaycan yığması planetin güclü komandalarının toplaşdığı Avropada çıxış edir. Bu mənada “Alma TV Kuboku” turnirində Avropa təmsilçisi ilə son bir ayda ikinci dəfə qarşılaşmağımız pis deyil. Oyunun nəticəsi ötən müddətdə tərəflərin necə hazırlaşdıqlarını göstərəcək”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri futbol üzrə Özbəkistan milli komandasının baş məşqçisi Rauf İnileyev yerli mətbuata müsahibəsində söyləyib. R.İnileyev yığmamızın əvəzinə daha güclü rəqiblə oynamağın məqsədə uyğunluğunu bildirib: “Əlbəttə, bu günlərdə Azərbaycanın əvəzinə daha güclü komanda ilə qüvvəmizi sınamağımız lap yaxşı olardı”.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan milli komandaları “Alma TV Kuboku” turniri çərçivəsində martın 7-də Qazaxıstanın Çimkənd şəhərində qarşılaşacaqlar. Bu yığmaların axırıncı görüşü düz bir ay öncə, fevralın 7-də Özbəkistanda baş tutub və oyun qolsuz bərabərliklə başa çatıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR