Bank Of Baku

AFFA Çempionlar Liqasının final oyununu izləmək üçün UEFA-ya 200 avroluq biletlər sifariş edib

AFFA Çempionlar Liqasının final oyununu izləmək üçün UEFA-ya 200 avroluq biletlər sifariş edib
# 06 mart 2007 10:37 (UTC +04:00)
Mayın 23-də Yunanıstanın paytaxtı Afinada Olimpiya stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının final matçını Azərbaycandan maksimum 40 tamaşaçı izləyəcək. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Marketinq və Reklamlar Departamentinin əməkdaşı İlqar Əliyev məlumat verib. İ.Əliyevin sözlərinə görə, artıq UEFA-ya bilet sifariş edilib: “Bizə göndərilən blankları doldurub srağagün UEFA-ya göndərmişik. Çempionlar Liqasının fınalına Azərbaycandan 20-40 nəfərin canlı tamaşa etmək imkanı var. Təbii ki, öncə UEFA-nın icazəsi olmalıdır. Beynəlxalq futbol qurumdan gələn ay cavab alacacağıq”. UEFA-ya 3 kateqoriya üzrə biletlər sifariş olunub. Mərkəzi sektorlara aid olan I kateqoriyalı biletlərin qiyməti 200 avrodur. II kateqoriyalı biletlərin dəyəri 140 avro təşkil edir. Nəhayət, əllilər üçün nəzərdə tutulan III kateqoriyalı biletlərin qiyməti 80 avroya bərabərdir. İ.Əliyevin sözlərinə görə, AFFA yalnız I kateqoriyalı biletlər sifariş edib. UEFA-nın cavabı müsbət olacağı təqdirdə, aprelin sonlarında biletlər ölkəmizə göndəriləcək. Satış AFFA-nın ofisində təşkil olunacaq. Çempionlar Liqasının finalını canlı izləməkə arzusunda olanlar AFFA-ya müraciət etdikdən sonra onların barəsində UEFA-ya dosye göndəriləcək. Xuliqanlığa, irqçi çıxışlara həssas futbol həvəskarları Olimpiya stadionuna buraxılmayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR