Bank Of Baku

Azərbaycan millisi 34 aydan sonra ilk qələbəsini qazanıb

Azərbaycan millisi 34 aydan sonra ilk qələbəsini qazanıb
# 07 mart 2007 09:47 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, millimiz Özbəkistan yığmasını 1:0 hesabı ilə məğlub edib. Qələbə topunun müəllifi Azərbaycan milli komandasında debüt oyununu keçirən serbiyalı hücumçu Branimir Subaşiç olub. B.Subaşiç oyunun 58-ci dəqiqəsində fərqlənib. Bu, yığma komandamızın 34 aydan sonra qazandığı ilk qələbəsi olub. Azərbaycan milli komandası sonuncu qələbəsini 2004-cü ilin mayın 28-də Bakıda Özbəkistan üzərində qazanıb. Milli komandamızın baş məşqçisi Şahin Diniyev əsas heyətdə Cahangir Həsənzadə, Usim Nduka, Ernani Pereyra, Zaur Həşimov, Samir Abbasov, Aslan Kərimov, Elmar Baxşıyev, Markus Fereyra, İlqar Qurbanov, Vüqar Nadirov, Branimir Subaşiç yer verib. Ehtiyatda qalanlar Fərhad Vəliyev, Saşa Yunisoğlu, Ramin Quliyev, Andre Ladaqa, Rahid Əmirquliyev, Vaqif Cavadov, Kənan Kərimov olub. Emin İmaməliyev, Ceyhun Sultanov, Aleksandr Çertoqanov, Leandro Qomeşin adları oyunun iştirak ərizəsinə daxil edilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR