Bank Of Baku

Şahin Diniyev: “Özbəkistanla oyun göstərdi ki, milli komandamız düz yoldadır”

Şahin Diniyev: “Özbəkistanla oyun göstərdi ki, milli komandamız düz yoldadır”
# 07 mart 2007 10:29 (UTC +04:00)
“Özbəkistanla oyun göstərdi ki, milli komandamız düz yoldadır”. Bu sözləri Çimkənd şəhərində keçirilən “Alma TV Kuboku” turnirində Özbəkistan yığması üzərində 1:0 hesablı qələbədən sonra “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev bildirib. Baş məşqçinin sözlərinə görə, Özbəkistan yığması fevralın 7-də keçirilən yoldaşlıq görüşü ilə müqayisədə daha yaxşı təsir bağışlayıb: “Özbəklər bu dəfə bizə qarşı daha güclü heyət çıxarmışdılar. Bu da fevralda Karşı şəhərində keçirilən oyunla müqayisədə bir neçə legionerlərinin heyətdə olması ilə bağlı idi. Maraqlı görüş alındı. Müdafiəmiz inamlı təsir bağışladı. Orta sahə və hücum xəttindən də razı qaldım. Yeni dəvət etdiyim legionerlər yaxşı təsir bağışladı”. Ş.Diniyev ən çox hücum xəttindən razı qaldığını bildirib. Millimizin baş məşqçisi Özbəkistanın yığmasının qapısına vurulan qolun düşünülmüş kombinasiyanın məntiqi nəticəsi olduğunu bildirib: “Qolu üçgedişli kombinasiyadan sonra vurduq. İlqar Qurbanovla Kənan Kərimov Branimir Subaşiçin fərqlənməsinə imkan yaratdılar. Subaşiçin bunadək qol vurmaq üçün iki real imkanı olmuşdu. O, birinci hissədə qapıçı ilə təkbətək çıxsa da, topu onun üstünə vurdu. Branimirin bir zərbəsi isə qapı dirəyindən döndü. Elmar Baxşıyevin təhlükəli zərbəsindən sonra da qol vura bilərdik. Özbəklərin oyunun ilk yarısında qapımıza vurduğu zərbə tirdən döndü. Rəqib oyunun son saniyələrində hesabı bərabərləşdirməyə yaxın olsa da, Cahangir Həsənzadə buna imkan vermədi”. Ş.Diniyev turnirin favoritlərindən birini məğlub etdiklərinə baxmayaraq, nəticənin böyük önəm kəsb etmədiyini bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR