Bank Of Baku

Azərbaycana məğlubiyyətdən sonra Özbəkistan yığmasının bəzi futbolçuları komandanı tərk ediblər

Azərbaycana məğlubiyyətdən sonra Özbəkistan yığmasının bəzi futbolçuları komandanı tərk ediblər
# 07 mart 2007 11:13 (UTC +04:00)
Qazaxıstanda keçirilən “Alma-TV Kuboku” turnirində Azərbaycana 0:1 hesablı məğlubiyyətdən sonra Özbəkistan yığmasının bəzi futbolçuları komandanın düşərgəsini tərk edib. “APA-Sport” agentliyinin Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, özbəkistanlı futbolçuların belə addım atmasının səbəbi hələ aydınlaşmayıb. Qeyd edək ki, milli komandanın sıralarını tərk edən futbolçuların əvəzinə Özbəkistanın olimpiya yığmasından oyunçular cəlb edilməsi nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR