Bank Of Baku

Milli Məclisin futbol komandası Türkiyə, Rumıniya və Rusiya parlamentariləri ilə oyunlar keçirəcək

Milli Məclisin futbol komandası Türkiyə, Rumıniya və Rusiya parlamentariləri ilə oyunlar keçirəcək
# 07 mart 2007 12:19 (UTC +04:00)
Rəqib komandada isə Zahid Oruc, Fazil Qəzənfəroğlu, Azər Əmiraslanov, Azay Quliyev, Adil Əliyev oynayır. Əksər hallarda bizim komanda qalib gəlir. Mən hücumda oynayıram”. Bunu APA-ya açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib. O, hazırda komanda üzvlərindən Səyavuş Novruzovun zədə aldığına görə, oyunlara fasilə verdiyini deyib. Q. Həsənquliyev bildirib ki, artıq komanda bir neçə ölkənin parlamentlərinin futbol komandaları ilə oyunlar keçirməyə hazırlaşır: “ Fazil Qəzənfəroğlunun təklifi ilə bu il mayın 28-də Bakıda Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə görüşmək istəyirik. Artıq bu il iyunun birinci ongünlüyündə Rumıniyanın Buxarest şəhərində bu ölkənin parlamentinin futbol komandasının üzvləri ilə görüşəcəyimiz dəqiqləşib”. Q. Həsənquliyev Rusiya parlamentinin futbol komandası ilə də görüşəcəklərini deyib . Deputat onu da əlavə edib ki, bu görüşlər həm də parlamentlərarası əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Həm Türkiyə parlamentarilərinin Azərbaycana gəlişi zamanı, həm də bizim deputatların Rumıniya və Rusiyada dövlət və parlament nümayəndələri ilə görüşlər keçirmələri də planlaşdırılır. Artıq bununla bağlı hazırlıqlara da başlanılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR