Bank Of Baku

Fariz Yusifov Türkiyə - İsveçrə görüşünü idarə edəcək

Fariz Yusifov Türkiyə - İsveçrə görüşünü idarə edəcək
# 07 mart 2007 14:18 (UTC +04:00)
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Fariz Yusifov Türkiyə və İsveçrənin 21 yaşlılardan ibarət yığma komandalarının martın 24-də Antalya şəhərində keçiriləcək yoldaşlıq görüşünü idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, F.Yusifov Türkiyənin Futbol Federasiyasının müraciətinə əsasən, Antalyaya yollanacaq. Bu qarşılaşmada F.Yusifova FİFA laynsmanlarımız Ramiz Əsədovla Mehman Mahmudov yardımçı olacaq. F.Yusifovun başçılıq etdiyi briqadada dördüncü hakim kimi meydana türkiyəli çıxacaq.
Qeyd edək ki, Türkiyə və İsveçrə yığmaları 2005-ci ilin noyabrında İstanbulda qalmaqalla başa çatan Dünya çempionatının pley-off oyunundan sonra ilk dəfə qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR