Bank Of Baku

Mişel Platini: “Azərbaycan və Ermənistan arasındakı oyunlar böyük ehtimalla neytral meydanda keçiriləcək”

Mişel Platini: “Azərbaycan və Ermənistan arasındakı oyunlar böyük ehtimalla neytral meydanda keçiriləcək”
# 09 mart 2007 07:36 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumunun başçısı qonşu ölkədə keçirdiyi mətbuat konfransında Avropa çempionatının seçmə mərhələsinin A qrupunda mübarizə aparan Azərbaycan və Ermənistan milli komandaları arasında görüşlərin harada keçirilməsinə də münasibətini bildirib: “Azərbaycan və Ermənistan milliləri arasındakı oyunlar böyük ehtimalla neytral meydanda təşkil ediləcək.” Azərbaycan və Ermənistanın bu məsələdə mövqeləri ilə tanış olduğunu bildirən M.Platini yaxın müddətdə qəti qərar verəcəklərini söyləyib: “Biz Azərbaycan və Ermənistanın Milli Assosiasiyalarından təkliflər almışıq. Yaxın gələcəkdə Cenevrədə bu sual həllini tapacaq”.
Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsi çərçivəsində Azərbaycan və Ermənistan milliləri sentyabrın 8-də Bakıda, 12-də isə İrəvanda qarşılaşmalıdırlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR