Bank Of Baku

Qazaxıstan millisinin baş məşqçisi Arno Paypers: “Azərbaycanla oyunun sonunda bəxt üzümüzə güldü”

Qazaxıstan millisinin baş məşqçisi Arno Paypers: “Azərbaycanla oyunun sonunda bəxt üzümüzə güldü”
# 10 mart 2007 09:12 (UTC +04:00)
“Azərbaycanla oyunun sonunda bəxt üzümüzə güldü. Təsadüfi deyil ki, qarşılaşmanın axırında bir qol vura bildik”. Bu sözləri futbol üzrə Qazaxıstan millisinin hollandiyalı baş məşqçisi Arno Paypers “Alma-TV kuboku” turnirində Azərbaycan üzərində 1:0 hesablı qələbədən sonra bildirib. Baş məşqçinin sözlərinə görə, qarşılaşmada hər iki komanda elə də çox qol imkanları yaratmayıb: “Turnirdəki oyun ötən il Bakıda keçirilən görüşdən fərqləndi. Dəyişməyən odur ki, Azərbaycan yığması özünə xas oyun üslubuna sadiq qalır. Bu da Azərbaycana başucalığı gətirir”. Milli komandamızın baş məşqçisi Şahin Diniyev isə oyun sonrası fikirlərinə Qazaxıstan yığmasına qələbə münasibəti ilə təbrik etməklə başlayaraq, gələcək görüşlərdə yaxşı çıxış etməyi arzulayıb. Ş.Diniyevin sözlərinə görə, Qazaxıstanla oyunda Bakıdakı görüşdə qeydə alınan nəticənin əvəzini çıxmaq haqda düşünməyiblər: “Yağışdan sonra meydançanın vəziyyətini nəzərə alsaq, oyun kifayət qədər məzmunlu alındı. Görüşün ən ədalətli nəticəsi heç-heçə idi. Qazaxıstan millisinin tərəqqisi göz qabağındadır. Bunu etiraf etmək lazımdır. Futbolçular meydana çıxanda hər şey yaddan çıxır. Qazaxıstanla Bakıdakı oyun tarixdə qaldı və meydanda yeni səhifə yazılır. İlk növbədə öz oyunun haqda düşünməlisən. Bu turnir rəsmi görüşlər öncəsi üç yoxlama oyunu keçirərək, bütün futbolçuları yoxlamaq baxımından əla imkandır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR